Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyon 371,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 5 milyard 952,8 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 3 milyard 907 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumatda bildirilib ki, iki ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,4 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz çoxalıb.
Ölkədə neft istehsalı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb, qaz hasilatı isə 34,3 faiz artıb.