logo

Yanan “Diqlas” ticarət mərkəzinin şəriklərinin adları açıqlandı

17:57 26-03-2019 | icon 2898
Yanan “Diqlas” ticarət mərkəzinin şəriklərinin adları açıqlandı

Bakının "8 km" adlanan yayayış massivində bu gün səhər saatlarında tamamilə yanıb külə dönən “Diqlas” ticarət mərkəzinin kimə məxsus olması ilə bağlı müxtəlif versiyalar səslənir. 

YeniAvropa xəbər verir  ki, sosial şəbəkələrdə həmin obyektin sahibi olması ilə bağlı hazırda yüksək postda çalışan bəzi adamların adları hallandırılır. Ən inandırıcı və daha çox səslənən versiyalardan biri budur ki, həmin ticarət mərkəzinin sahibi ləğv edilmiş MTN-in sonuncu rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudovdur.

7

7-1

"Azinforum.az" etibarlı mənbələrdən dəqiqləşdirə bilib ki, həmin obyektin şəriklərindən biri həqiqətən də Eldar Mahmudovun oğludur. Ancaq bildirilir ki, “Diqlas”ın heç də bütün səhmləri Anar Mahmudovun əlində deyil. Həmin obyektin rəsmi şəriklərindən biri də Şahmar Vəliyev adlı iş adamıdır.

Xatırladaq ki, Şamar Vəliyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin və hərbi prokuror Xanlar Vəliyevin qardaşıdır. Son ana kimi həmin ticarət mərkəzinə rəhbərliyi Şahmar Vəliyev tərəfindən təyin olunan Rasim Məmmədov adlı şəxs edib. Rasim Məmmədovun keçmiş polis işçisi olduğu bildirilir.

Qeyd edək ki, Şahmar Vəliyevin bu obyektə şəriyliyinin 2016-cı ildən sonra başlandığı bildirilir.