logo

Bakıdan Ankaraya gedən qatarı Qarsda bəy-gəlin qarşıladı

11:55 26-03-2019 | icon 3115
Bakıdan Ankaraya gedən qatarı Qarsda bəy-gəlin qarşıladı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət  "Bakı-Ankara-Bakı" sərnişin qatarı Türkiyənin Qars şəhərinə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib. Bildirilir ki, qatarın ilk gəlişi olduğundan onu təntənəli şəkildə qarşılayıblar. Qarşılayanlar arasında yeni evlənən bəy və gəlin də olub.

Qarlı gündə Qarsa çatan qatarın tarixi günündən xatirə saxlamaq istəyən Qasım-Gülsüm Sait cütlüyü şəkil çəkdirmək üçün dəmiryol stansiyasına gəliblər. Qatarın içərisini gəzən cütlük Bakını görmək arzusunda olduqlarını, ilk fürsətdə Bakıya gələcəklərini deyiblər.

5-5

Xatırladaq ki, Bakı-Tbilisi-Qars-Ankara-Bakı xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var.