"Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir
Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonu ərazisindəki "8-ci km" yaşayış sahəsindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
YeniAvropa xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
Qeyd olunur ki, yanğının söndürülməsi üçün 2 əlavə helikopter, 6 təcili yardım briqadası cəlb olunub. Polis əməkdaşları mallarını xilas etmək istəyən mağaza sahiblərini ərazidən çətinliklə uzaqlaşdırırlar.
Ticarət mərkəzində 500-ə yaxın mağazaya təxminən 30 milyon manata yaxın ziyan dəydiyi bildirilir.
Mağaza sahiblərinin çoxunun halı pisləşib, ürəyi gedənlər var. Mağaza sahiblərindən ikisi 300 min manata yaxın mallarının kül olduğunu bildirir. Onların sözlərinə görə, yanğın ticarət mərkəzinə bitişik yerləşən dönərxanadan başlayıb. Ardından partlayış baş verib. Ərazi tünlük olduğundan yanğınsöndürənlərin içəri girməsi çətin olub.
Ticarət mərkəzinin birinci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi bütün mağazaların yandığı bildirilir.
Hazırda fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilərin hadisə yerinə gəldiyi bildirilir.
Yanğın davam edir.
Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı xəsarət alıb. Onun təcili tibbi yardım briqadası ilə 3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasına aparıldığı bildirlir. FHN əməkdaşı yanğını söndürərkən əlindən kəsik xəsarəti alıb.
Diqlas” Ticarət Mərkəzində baş vermiş və hazırda davam edən güclü yanğınla bağlı bütün perimetr boyu təhlükəsizlik tədbirləri görülüb. Hadisə səbəbindən Qara Qarayev prospektinin metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” stansiyasına qədər olan hissəsi bağlıdır. Həmin yoldan keçən marştut avtobuslarının istiqaməti dəyişdirilib, avtobuslar B.Çobanzadə küçəsinə yönəldilib. Hazırda FHN-nin vertolyotları da cəlb olunmaqla yanğınsöndürənlər güclü alovla mübarizə aparmaqdadır.
Alovun yaxınlığdakı "8-ci km bazarı"ndakı bir neçə obyekti də bürüyüdüyü bildirilir.
Bazara gedən yollar hər tərəfdən bağlanıb.
Əlavə məlumat veriləcək.
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi