Paytaxt sakinindən küllü miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E. Həsənovdan 510 qram heroin götürülüb.