Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 60 milyon ABŞ dollarına çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, yanvar-fevralda Belarusdan ölkəmizə idxalın dəyəri 55,9 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 3,3 milyon dollar olub.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.