logo

Bakı-Ankara sərnişin qatarı Türkiyə ərazisinə çatıb

13:28 23-03-2019 | icon 3199
Bakı-Ankara sərnişin qatarı Türkiyə ərazisinə çatıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib. Bildirilir ki, Bakı-Tbilisi-Qars-Ankara-Bakı xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. İsveçrədən Türkiyəyə öz hərəkəti ilə gələn qatar qısa zamanda Qarsdan Bakıya yola salınacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün vaqonların istehsalına dair müqavilə imzalanıb. "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd vaqon "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyadan ibarətdir.