Bakının Xəzər rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
T.Mustafayev daha sonra qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.