logo

Xəzər dənizində 4,5 ballıq zəlzələ olub

22:12 21-03-2019 | icon 2639
Xəzər dənizində 4,5 ballıq zəlzələ olub

Bu gün axşam saatlarında Xəzər dənizində 4,5 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən  YeniAvropa-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:43:02-də qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.