Bakı-Quba avtomagistralın Xırdalandan keçən hissədində ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Abşeron rayon Polis İdarəsindən bildirilib . Qeyd edilib ki, yolun Xırdalan şəhərindən keçən hissəsində avtomobil qəzaya uğrayaraq yanıb. Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Minik avtomobili tunelin girişindəki dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Nəticədə yolda hərəkət dayanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Xidmətinin əməkdaşları cəlb edilib, avtomobilin mühərrikində baş verən yanğın söndürülüb. Sürücü bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib.