Əziz Qaralov qeyd edib ki, hazırda onlar ərazidə araşdırmaları davam etdirirlər: “Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb”.
Ə.Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb. (APA)