"Atatürk" hava limanının bağlanması ilə əlaqədar olaraq aprelin 7-dən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına ("Istanbul New Airport") həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 3-dən oktyabrın 26-na kimi) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, mayın 1-dən oktyabrın 6-dək isə gündə dörd reys həyata keçirəcək.
Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.
Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər, belə ki, digər aviaşirkətlərin əvvəllər "Atatürk" hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.