logo

Şimal bölgəsinə 17 sm qar yağıb

13:57 19-03-2019 | icon 2723
Şimal bölgəsinə 17 sm qar yağıb

Qubanın ucqarda yerləşən Qırız və Xınalıq, həmçinin Qusar rayonunun Ləzə kəndinin sakinləri Novruz bayramını qarlı hava ilə qarşılayır.

 YeniAvropa xəbər verir  ki,  Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən  verilən məlumata görə, martın 18-dən başlayaraq yüksək dağlıq ərazilərdəki yaşayış məntəqələrinə qar yağıb. Qar yağması ilə əlaqədar temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.

Qarın hündürlüyü Ləzədə 17, Qırızda 11, Xınalıq kəndində isə 6 santimetrə çatır.

Xınalıq sakinləri bildiriblər ki, Novruz bayramı öncəsi qar yağmasına adət ediblər. Mart ayının ikinci ongünlüyündə yağan qarı Novruz qarı adlandırırlar. Amma bu dəfə qar həmişəkindən daha çox yağıb.