Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
10:59 23-01-2018
|
1911
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, ötən gün nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyub.
Yanvarın 25-dək davam edəcək səfər çərçivəsində CISM nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulur.
Görüşlərdə CISM ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaqdır.