Bakıda I “Fərqli fərdlər” konqresi keçiriləcək
Aprelin 6-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Ailə və Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin dəstəyi ilə fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan I “Fərqli fərdlər” konqresi keçiriləcək.
Tədbirlərin təşkilatçılarından olan “Сaspian Event Organisers” şirkətindən YeniAvropa-ya bildirilib ki, konqresinin baş tərəfdaşı qismində "BP" şirkəti çıxış edir.
Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzuları ehtiva edən 4 panel təqdim olunacaq: Autizm spektr pozuntusu; Diqqət çatışmazlığı və Hiperaktivlik sindromu; Turett sindromu; Daun sindromu.
Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynləri, eləcə də öz həyat və nailiyyət tarixçələri barədə danışmaq istəyən insanlar yer alır. Konqresdə, həmçinin dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər.
Konqresdə iştirak etmək üçün linkdən (https://ferqliferdler.az/az-home.html) istifadə edərək qeydiyyatdan keçib elektron biletinizi əldə edə bilərsiniz. Bununla yanaşı, arzu edən hər kəs (könüllülük əsasında) tədbiri dəstəkləyə bilər. Bütün maraqlanan şəxs və şirkətlər tərəfdaşlığa dəvət edilir ([email protected]; [email protected]).
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb