Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard 532,9 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, hesabat dövründə dövlət büdcəsinin xərcləri 2 milyard 954,8 milyon manat təşkil edib.
Xəbərdə həmçinin bildirilib ki, büdcənin icrasında 578,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 5 faizi qədər profisit yaranıb.