Göygöldə taxılçılığın inkişafına həsr olunan respublika müşavirəsi keçirilib
Göygöl rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
NazirlikdənYeniAvropa-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər şəxsləri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 41 rayondan taxılçılıqla məşğul olan 89 fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilməlidir. Arif Seyidov vurğulayıb ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, prezident İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir: “Taxılçılıq kənd təsərrüfatının ən aparıcı sahəsidir. Digər sahələrdə olduğu kimi bu sahə də dövlət qayğısı ilə əhatə olunub, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları güzəştli şərtlərlə fermerlərə təqdim olunur”.
Nazir Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə məlumat verib. Göygöldə keçirilən tədbirin taxılçılığın inkişafına həsr olunan sayca 3-cü müşavirə olduğunu diqqətə çatdıran nazir bildirib ki, taxılçılığın inkişafı ilə bağlı hər ay qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Həmçinin, pambıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrlə bağlı müvafiq tədbirlər təşkil ediləcək. Dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlərin vahid məqsədi var.Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır. Məhsuldarlığı artırmaq üçün bütün aqrotexniki qaydalara riayət edilməlidir. Hazırda taxılçılıqla bağlı torpaqların seçilməsi, şumlanması, malalanması, toxum səpilməsi, birinci mərhələdə gübrə verilməsi işləri görülüb. Amma əsas tədbirlər qarşıdadır. Sahələrin suvarılması, qulluq məsələlərində xüsusi diqqətli olmalıyıq. Müvafiq tədbirlər həyata keçirməli, fermerlərin yanında olmalıyıq”.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Taxıl əkinlərinin becərilməsi sahəsində görülən işlər və problemlər”, Melorasiya və Su Təsərrüfatı ASC-in sədr müavini Zakir Quliyev “Respublikanın taxıl əkini sahələrinin suvarılmasının təminatı”, “Aqrolizinq” ASC-nin sədr müavini Elmin Rəhmanov “Taxılçılıqda texnika təminatı və biçinə hazırlıq işlərinin təşkili”, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalçılarına yeni texnologiyaların tətbiqinin məsləhət informasiya xidmətinin təşkili” mövzusunda məruzə ilə çıxış ediblər. Müşavirədə Yevlax rayonundan fermer Sənan Məmmədov, Sabirabad rayonundan fermer Bəydabə Vəliyev məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminat, suvarma məsələləri, texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb