logo

Güclü şimal küləyi sabah da davam edəcək

13:48 18-03-2019 | icon 2653
Güclü şimal küləyi sabah da davam edəcək

Bakıda və Abşeron yarımadasında güclü şimal küləyinin əsməsi sabah günün ikinci yarısınadək davam edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Mərkəzi Rusiya rayonlarından yüksək təzyiq sahəsinin, yəni siklonun Qafqaz ərazisinə daxil olması və siklonun bu gün Xəzər dənizinin cənub-şərqindən keçməsi nəticəsində şimal küləyinin sürəti güclənib. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 26-27 metrdir.

U.Tağıyeva hazrıkı hava şəraitinin mart ayı üçün səciyyəvi olduğunu söyləyib:

"Güclü şimal küləyi bu gün gün ərzində əsəcək. Sabah günün ikinci yarısında küləyin nisbətən mülayimləşəcəyi proqnozlaşdırılır. Hazırda havanın temperaturu iqlim normasından bir qədər aşağıır. Gün ərzində havanın maksimal temperaturu 8-9 dərəcə təşkil edəcək".