logo

Paytaxtda bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

16:10 16-03-2019 | icon 2744
Paytaxtda bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən martın 18-i axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə  YeniAvropa-ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.