Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, nəqliyyat vasitəsinin salonundan 1 kiloqram heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.