Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə Bakıdan martın 20-də əlavə olaraq bir reys - 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.
Bu barədə YeniAvropa-ya Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Məlumata əsasən, Novruz bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakı-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib.
Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.