Mayın 2-dən etibarən Latviyanın “AirBaltic” aviaşirkəti Riqa-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, aviareyslər həftədə bir dəfə olmaqla mövsümi xarakter daşıyacaq . Aviareyslərin ucuş qrafiki dekabr ayınadək davam edəcək və sabit qalacaq.
Hər iki istiqamətdə biletlərin minimal qiyməti 137 avro təşkil edəcək. Təyyarənin salonunda biznes klass tarifi ilə də yerlər olacaq.
Xatırladaq ki, ilk dəfə 10 il əvvəl işə salınan "Airbaltic"in Bakı-Riqa aviareysi müxtəlif illərdə , maxtəlif müddətlərdə fəaliyyət göstərib.