logo

İranla Azərbaycan Rusiya və Gürcüstanla elektrik enerjisi sistemlərinin birləşdirəcək

16:49 15-03-2019 | icon 3115
İranla Azərbaycan Rusiya və Gürcüstanla elektrik enerjisi sistemlərinin birləşdirəcək

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır.

 YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

"Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. SOCAR və İranın NICO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Naxçıvan MR-in qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir. "Xudafərin" və "Qız Qalası", eləcə də "Ordubad və Marazad" SES və hidroqovşaqlarının tikintisi və istismarı üzrə "Birgə Texniki Komissiya"lar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Bununla yanaşı, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq",-deə  Şahin Mustafayev vurğulayıb.