"Bakcell" və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını keçirib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti, İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və “Waves” Platforması Bakıda ilk dəfə olaraq “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması keçirib.
YeniAvropa xəbər verir ki, blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan “Waves” Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki tədbirdə iştirak etmək üçün müraciət etmiş 52 nəfər arasından seçilmiş 4 komanda (ümumilikdə 13 iştirakçı) yarışıb. “MadBots” və “OfficeGuys” komandaları bütün tapşırıqları uğurla yerinə yetirərək qalib elan ediliblər.
Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölünüb. Həmçinin, qaliblər “Waves” şirkətindən qrant almaq üçün müraciət etmək imkanını qazanıblar.
Hachathon yarışmasının sonunda “Waves” Platformasının baş əməliyyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirərlərsə, “Waves” gələcəkdə onlara texnologiya və marketinq sahələrində dəstək göstərə bilər.
Xatırladaq ki, keçən ilin sonunda "Bakcell" şirkəti ilə İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib-hazırlanmasına dəstək və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan "Bakcell" şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb