Martın 14-də Ağsu rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 18:19:41-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.