logo

Şamaxıda zəlzələ olub

14:30 14-03-2019 | icon 2681
Şamaxıda zəlzələ olub

Martın 14-də Şamaxı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:36:11-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ Şamaxı və Pirquluda 3 bala qədər hiss olunub.