logo

Samir Şərifov: problemli kreditlərin maliyyələşməsi mexanizmi praktiki olaraq hazırdır

13:56 14-03-2019 | icon 3017
Samir Şərifov: problemli kreditlərin maliyyələşməsi mexanizmi praktiki olaraq hazırdır

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

 YeniAvropa xəbər verir  ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır.

“Kreditlərin həcmi, sayı hazırda dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər aparılacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem yoxdur. Bütün əsas məsələlər artıq öz həllini tapıb”,- deyə Samir Şərifov vurğulayıb.