SOCAR İsveçrədə tenderin qalibi olub
“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib. Qeyd edilib ki, SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsveçrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.
Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektrik enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul edib. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət edib. Bu sahədə uzunmüddətli təcrübəyə malik “SOCAR Energy Switzerland” əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirib.
“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanıb, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanıb. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.
“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur: “Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirib, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlmiş texnologiyalara açığıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xidmətlərimizi inkişaf etdiririk”.
SOCAR-ın mövcud elektrik enerjisi yükləmə stansiyaları tərəfdaşların iştirakı ilə qurulduğu halda, yeni stansiyalar ilk dəfə olaraq müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. SOCAR müştərilərin elektrik yükləmə stansiyalarına sürətli və asan çıxışını təmin edəcək. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SOCAR istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansatış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaqdoldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 “Premium” pərakəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzin və 32 təbii qaz doldurma məntəqəsi fəaliyyət göstərir. İsveçrədə 170 pərakəndə satış stansiyası SOCAR brendi il xidmət göstərir. Bundan başqa, “SOCAR Energy Holdings” (SOCAR-ın İsveçrədə törəmə şirkəti) Avstriyada “A1” şirkətinə məxsus 82 benzindoldurma stansiyasını, həmçinin neft yağları satan “Pronto Oil” şirkətini almaqla, bu ölkənin pərakəndə yanacaq satışı bazarına daxil olub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb