logo

Novruz bayramına qədər ölkə üzrə pensiyaların ödənilməsi təmin ediləcək

16:57 13-03-2019 | icon 3101
Novruz bayramına qədər ölkə üzrə pensiyaların ödənilməsi təmin ediləcək

Yanvarın 1-dən etibarən elektron pensiya təyinatına başlanılıb. Bugünədək artıq 5600-dən çox vətəndaşa doğum günündə elektron qaydada pensiya təyinatı edilib. Həmçinin mart ayının pensiyalarının qrafik üzrə verilməsinə də başlanılıb. Artıq 10-dan çox rayonda pensiyalar hesablara köçürülüb. Novruz bayramına qədər ölkə üzrə pensiyaların ödənilməsi təmin ediləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışan nazir bildirib ki, bu ilin iki ayı ərzində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb. Bunun da 40 mini özəl sektorun payına düşür.