logo

Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir

15:11 13-03-2019 | icon 3241
Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir

Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir bildirib ki, iki ölkənin biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir: “Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb. Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir”.

Ş.Mustafayev Riyad Ticarət və Sənaye Palatasının hər iki ölkənin iş adamlarının təmsil olunacağı Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan tərəfinin müsbət yanaşdığını qeyd edib.