logo

BNA-dan qəza törətmiş 71 saylı marşrut  avtobusu ilə bağlı açıqlama

15:49 22-01-2018 | icon 5026
BNA-dan qəza törətmiş 71 saylı marşrut  avtobusu ilə bağlı açıqlama

Bakı Nəqliyyat Agentliyi tərəfindən bu gün paytaxtın Binəqədi rayonu ərazisində, 71 saylı marşrut üzrə hərəkət edən avtobusun qza törətməsi faktına aydınlıq gətirilib. YeniAvropa xəbər verir  ki, hadisə Binəqədi rayon İcra Hakimiyyətinin yaxınlığında, "Azadlıq" prospektində baş verib.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, 22.01.2018 tarixində 71 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu VAZ 2107 markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
"Bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə aydınlıq gətirərək bildirmək istəyirik ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. İnformasiya hazırlayarkən bu məqamın nəzərə alınması tövsiyə edilir. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir",-deyə Mais Ağayev vurğulayıb.