logo

Mətin Eynullayev vergilər nazirinin müavini təyin edildi

14:23 22-01-2018 | icon 2072
Mətin Eynullayev vergilər nazirinin müavini təyin edildi

Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib. YeniAvropa xəbər verir  ki,  bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Xatırladaq ki, buna qədər M. Eynullayev təhsil nazirinin müavini vəzifəsini icra edib.

M.Eynullayev müxtəlif illərdə “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.(APA)