logo

İdmançı Kamil Zeynallı həbs edildi

16:52 12-03-2019 | icon 2653
İdmançı Kamil Zeynallı həbs edildi

Bakının Nərimanov Rayon Məhkəməsində idmançı Kamil Zeynallının həbs olunması barədə qərar çıxarılıb. YeniAvropa xəbər verir  ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ona 10 sutka həbs verilib.

Qərarda göstərilib ki, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib.

Onun hərəkəti yaxınlıqdakı insanların narahatlığına səbəb olub. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları onu saxlayıblar.

Qeyd edək ki, Kamil Zeynallı fitnes məşqçisi kimi tanınır.