Abşeron rayonunda işlədiyi evlərdə dostu ilə birgə oğurluq edən usta saxlanılıb. Hadisə rayonun Fatmayı kəndində baş verib.
Rayon Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, kənddə yeni tikilən evlərdən oğurluq edilməsi barədə Mehdiabad polis bölməsinə məlumat daxil olub. Araşdırma zamanı həmin evlərdən birində usta işləyən, 39 yaşlı Məmməd Əliyev və onun dostu, 36 yaşlı Natiq Şükürov saxlanılıb. Onlar 5 mənzildən müxtəlif tikinti materialları oğurladıqlarını etiraf ediblər. Saxlanılan şəxslər əvvəlcə oğurladıqları tikinti materiallarını Natiq Şükürovun mənzilinə gətirib, sonra satışını həyata keçiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir