logo

Bəhreyndən Moskvaya uçan təyyarə Bakıda məcburi eniş etdi

15:30 11-03-2019 | icon 3094
Bəhreyndən Moskvaya uçan təyyarə Bakıda məcburi eniş etdi

Martın 11-də Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hava gəmisinin qəza enişinə səbəb təyyarə kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub.

Hava gəmisi komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib.

Məlumatlar yeniləndikcə əlavələr ediləcək.