İlin sonunadək Moskvada daha üç “Azərbaycan nemətləri” mağazası açılacaq
Moskvada “Azərbaycan nemətləri” mağazasının açılması Rusiyada ölkəmizin ticarət evləri sisteminin yaradılmasında ilk addım olub.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
O bildirib ki, dünyanın bir çox ölkələrində Azərbaycan mallarının “Mаde in Azerbaijan” brendi ilə satışını təşkil etmək üçün Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə ticarət evləri yaradılır. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Polşada bu layihə artıq həyata keçirilib. Rusiyada da belə ticarət evləri yaradılacaq. “Azərbaycan Ticarət Evi” sistemi 3 komponenti əhatə edir. Əvvələn, Azərbaycanın ixrac, turizm və investisiya potensialını təqdim edəcək sərgi-ekspozisiyalar təşkil ediləcək. İkincisi, ixrac üzrə ixtisaslaşdırılmış şirkət yaradılacaq. Ola bilsin, bu, fərdi tərəfdaşlıq zəminində həyata keçiriləcək. Çünki Azərbaycan istehsalçılarının heç də hamısının öz məhsullarını Rusiyaya ixrac etmək imkanı yoxdur. İxrac məhsulunun Rusiya bazarlarına çatdırılması üzrə vahid şirkət yaradılacaq. Özəl şirkətlər inkişaf etdikcə, məhsullarını Rusiyaya özləri ixrac edəcəklər.
Üçüncüsü, “Azərbaycan nemətləri” brendi ilə konseptual mağazalar açılacaq. Belə mağazaları ticarət nümayəndəliyi vasitəsilə, Azərbaycan dövlətinin dəstəyi və sahibkarların öz gücü ilə açmaq planlaşdırılır. Bəs bizim yardımımız nədən ibarət olacaq? Biz məhsulun Azərbaycandan daşınmasına, marketinq və qiymət siyasəti formalaşdırmağa, belə mağazalar vasitəsilə məhsulun satışına kömək edəcəyik.
Ticarət nümayəndəsinin sözlərinə görə, mağazaların formatı bu və ya digər məhsulda ixtisaslaşan kiçik mağazalardan tutmuş şərab, sənaye məhsulları mağazalarınadək müxtəlif cür ola bilər. O deyib: “Yaxın vaxtlarda Moskvadakı “Foot City” Ərzaq Mərkəzində, “Doroqomilov” bazarında və Leninqrad prospektində böyük “Azərbaycan nemətləri” mağazalarını açmaq planlaşdırılır. Bundan əlavə, apreldə Yekaterinburqda “Azərbaycan nemətləri” brendi ilə ixtisaslaşdırılmış şərab mağazasının açılması planlaşdırılır. Sankt-peterburqlu sahibkarlarla danışıqlar aparılır”.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb