logo

Bakıda “İntellektual Nəqliyyat Sistemi” adlı seminar keçiriləcək

15:42 09-03-2019 | icon 6132
Bakıda “İntellektual Nəqliyyat Sistemi” adlı seminar keçiriləcək

Aprelin 16-17-də Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə “İntellektual Nəqliyyat Sistemi” adlı seminar keçiriləcək.

 YeniAvropa BTİ-yə istinadla xəbər verir ki, seminar nazirliklərin, tənzimləyici orqanların, telekommunikasiya operatorlarının, avadanlıq istehsalçılarının və proqram təminatının, elmi-tədqiqat və dizayn institutlarının və MDB regionundan olan digər maraqlı təşkilatların nümayəndələri üçün nəzərdə tutulub. Seminarın məqsədi ağıllı nəqliyyat sistemlərinin inkişafı problemlərinin müzakirəsidir.

Seminar çərçivəsində “Ağıllı nəqliyyat sistemlərinin inkişafında strateji aspektlər və beynəlxalq əməkdaşlıq”, “Ağıllı nəqliyyat sistemlərinin inkişafı üçün İKT-nin uğurlu istifadəsi nümunələri”, “Ağıllı nəqliyyat sistemləri sahəsində texniki həllər” və “Ağıllı nəqliyyat sistemlərinin tətbiqi sahəsində normativ hüquqi məsələlər” adlı mövzularda müzakirələr aparılacaq.