logo

Quba-Xınalıq yoluna 20 sm-dək qar yağıb

16:44 08-03-2019 | icon 2709
Quba-Xınalıq yoluna 20 sm-dək qar yağıb

Martın 8-i gecə saatlarından yağmağa başlayan qar səbəbindən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən  YeniAvropa-ya bildirilib ki, yolun 32-38-ci kilometrliklərinin hərəkət hissəsinə 20 santimetrədək qar yağıb.

Səhər saatlarından başlayaraq idarənin işçi qüvvəsi ağır texnika vasitəsilə yolun qarla örtülən hissəsini təmizləyib, əraziyə qum-duz qarışığı səpilib.

Hazırda yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Sahə rəisi Bilal Sultanov bildirib ki, ötən gün yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.

Hazırda Quba rayonunun bir sıra dağlıq ərazilərinə qar yağmaqda davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dağlıq ərazidəki yollarda sürücülərə diqqətli olmağı, hava şəraitinə uyğun sürət həddi seçməyi tövsiyə edib.