Bakıda Hindistan məhsullarının sərgisi açılıb
Martın 7-də Bakı İdman Sarayında Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, PHD Ticarət və Sənaye Palatasının baş katibi Maheş Reddi xarici ölkələrdə keçirilən sərgilərdə Hindistan sənayesinin yüksəkkeyfiyyətli məhsullarının, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaların təqdim edildiyini deyib. “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”ndə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları və sair məhsullar Azərbaycan vətəndaşlarına təqdim olunub.
Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnan iki ölkə arasındakı əlaqələrin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirib. Səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirib.
“Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur”, - deyə səfir qeyd edib.
Bildirib ki, sərgidə 75 şirkət müxtəlif məhsullar təqdim edirlər: “Sərgi biznes və ticarətdən əlavə tədbir, həmçinin mədəni tədbirlər, yemək və Bollivud festivalı və sair vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Ümid edirəm ki, belə sərgilərin davamı olan tədbirlər davam edəcək”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanla Hindistan arasında mövcud əlaqələrin qədim tarixindən danışıb. Bildirib ki, Azərbaycan və Hindistanın çoxşahəli əlaqələri mövcuddur: “Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan və Hindistan arasında ticarət, iqtisadiyyat, elm, texnologiya və digər sahələrdə əlaqələr intensiv inkişaf edir. İki ölkə arasında əməkdaşlıqda daşımalar xüsusi yer tutur. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Hindistan şirkətləri tərəfindən istifadə olunması xüsusi vurğulanmalıdır”.
Sonra sərgisində iştirak edən 75 şirkət barədə kataloqun təqdimatı olub. Martın 17-dək davam edəcək sərgiyə giriş sərbəstdir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb