Baş Polis İdarəsi: Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq
Bakı şəhər Baş Polis İdarəsi özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran şəxslərin səsləndirdikləri çağırışlarla bağlı məlumat yayıb.
İdarədən YeniAvropa-ya daxil olan məlumatda bildirilir: “Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran şəxslər “8 Marş - zorakılığa qarşı get” “ivent”i yaradıb, paytaxt ərazisində 8 marş yürüşü keçirmək barədə çağırış edirlər.
Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.
Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.