Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, martın 6-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kq-dan artıq marixuana, həmçinin 27 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.