Azərbaycan “İTB Berlin 2019” turizm sərgisində təmsil olunur
Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu 20-dək turizm şirkətinin iştirak etdiyi Almaniyada “İTB Berlin 2019” turizm sərgisində ölkəmizi təmsil edir.
YeniAvropa xəbər verir ki, martın 6-dan 10-dək davam edəcək sərgidə ölkəmiz üçün 100 kvadratmetrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend quraşdırılıb.
Sərgidə “Salam Tourism and Travel”, “ENC Tours”, “Baku Hospitality Group”, “Lets go”, “Spektr Travel”, “Al Travel”, “Era Travel”, “TRHAL Travel Agency”, “Silk Way Travel”, “JW Marriott Absheron Baku”, “PASHA Travel”, “Golden Globe International”, “Gilan Hospitality Group”, “Shamakhi Palace Sharadil Hotel”, “Ok Tours”, “Pullman Baku”, “Absheron Hotel Group”, “Touronline.az”, “Geo Travel”, “Hello Azerbaijan” turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edirlər. Azərbaycan Hava Yolları isə ayrıca stendlə təmsil olunur.
“Almaniya dünyanın ən böyük getmə turizm bazarlarından biridir. Alman turistlər səyahət və istirahətin müxtəlif növlərinə maraq göstərirlər. Məhz buna görə də Azərbaycanın turizm potensialının burada tanıdılması xüsusi önəm kəsb edir. Azərbaycan alman səyahətçilərə təqdim etmək üçün genişhəcmli turizm imkanlarına malikdir”, - deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın “İTB Berlin” sərgisində iştirakını şərh edərək bildirib.
Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov stendimizi ziyarət edərək sərginin işinə uğurlar arzulayıb.
Xatırladaq ki, sərginin ilk günü Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri və influenserlerinin iştirakı ilə Azərbaycan mədəniyyətinin tanıtımı üçün xüsusi tədbir təşkil olunacaq. Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı fotosərgisi nümayiş etdiriləcək, bəstəkar və pianoçu İsfar Sarabski çıxış edəcək, tarda milli musiqilərimiz tədbir iştirakçılarına təqdim olunacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb