Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, 8-i axşamadək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° enəcək.
Martın 7-si axşama doğru və 8-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.