logo

Sahibkarlar Konfederasiyası yeni ünvanda fəaliyyət göstərəcək

12:41 06-03-2019 | icon 3276
Sahibkarlar Konfederasiyası yeni ünvanda fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası(ASK) bundan sonra öz fəaliyyətini Landmark III (Nizami küçəsi 90A mərtəbə 2) biznes mərkəzində davam etdirəcək.

 YeniAvropa xəbər verir  ki, martın 6-da ASK-nın yeni ofisinin açılışı münasibətilə görüş təşkil olunub. Görüşdə dövlət qurumlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib.

ASK-nın prezidenti Məmməd Musayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, konfederasiya 1999-cu ildə təsis edilib, 1999-cu il aprelin 9-da isə dövlət qeydiyyatından keçib. ASK Azərbaycan Respublikasında işəgötürənlərin ən iri ictimai birliyi olub, sahibkarflıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirən, onların hüquq və mənafelərini müdafiə edən ümumrespublika biznesə dəstək təşkilatıdır. Konfederasiya özündə 6 mindən çox iri və orta sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi və sosiayönümlü assosiasiya və ittifaqları birləşdirir.

Bildirilib ki, Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və ASK arasında iki ildən bir imzalanan baş Kollektiv Sazişdə işəgötürənlərin təsisçisi və sosial tərəfdaş kimi konfederasiya üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Assosiasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlıq Konqresinin, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, İpək Yolu Beynəlxalq Ticarət Palatasının və digər nüfuzlu beynəlxalq qurumların üzvüdür. Hazırda ASK-nın 13 ölkədə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Qurum ölkə daxilində xarici ölkələrin diplomatik missiyaları və beynəlxalq təşkilatların nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb, ölkəmizdə sahibkarlığın inkişafi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, iqtisadi və investisiya fəallığının artırılması istiqamətində görülən sistemli tədbirlər barədə danışıb və konfederasiyasının bu işdə uğurlarını yüksək qiymətləndirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və digər çıxışçılar Azərbaycan Sahibkarlar Konfederasiyasının işini yüksək qiymətləndirib və gələcəkdə onun fəaliyyətinə uğurlar diləyiblər.