“Equinor” yeni bloklar üzrə ətraf mühitə təsirin qiymətləndirilməsini ictimaiyyətə təqdim edəcək
Norveçin “Equinor” şirkəti “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” (ƏDUA) kəşfiyyat sahəsində 2 ölçülü/3 ölçülü seysmik tədqiqat işlərinin operatoru olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını təqdim etmək məqsədilə ictimaiyyətlə açıq görüş keçirəcək.
Şirkətdən YeniAvropa-ya bildirilib ki, martın 12-də saat 10:00–dan 13:00-dək “Holiday Inn” mehmanxanasında keçiriləcək görüşdə “Equinor” şirkəti tərəfindən təqdimatlar ediləcək və auditoriya üçün suallar verməyə, şərhlər bildirməyə imkan yaradılacaq.
“Equinor” qeyd olunan sənədi müzakirə etmək üçün bütün maraqlı tərəfləri görüşdə iştiraka dəvət edir.
Sənədin nüsxələri ictimaiyyətin tanış olması üçün ötən il dekabrın 17-dən etibarən bu ünvanlarda yerləşdirilib: “Equinor” şirkətinin Bakı ofisinin qəbul şöbəsi (Ü.Hacıbəyli küçəsi 62. Marina Plaza biznes mərkəzi”, M.F.Axundov adına Milli Kitabxana (Xaqani küç, 29), Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (Hüseyn Cavid küç, 31), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsaslı kitabxanası (Azadlıq prospekti 20.), Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B.Ağayev küç, 100a.), Pirallahı Kütləvi kitabxanası, filial 2 (Süleyman Bağırov küç, V.Mustafazadə adına Pirallahı Mədəniyyət evi), Neft Daşları kitabxanası (Neft Daşları Mədəniyyət evi), Çilov adası (Rasim İbrahimov adına 131 saylı orta məktəb, Dmitri Kisilyov küç, 1).
Bundan əlavə, sənədin Azərbaycan və ingilis dillərində tam layihə variantı və qısa xülasəsi “Equinor”un veb səhifəsində (https://www.equinor.com/en/how-and-why/impact-assessments.html) yerləşdirilib.
Qeyd edək ki, keçən il mayın 30-da SOCAR “Equinor” qrupunun bir hissəsi olan “Equinor Azərbaycan” şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalayıb. HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.
Milli Məclis iyunun 29-da “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişi ratifikasiya edib. Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə “Equinor Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV” və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun imzalayıb. Qanuna əsasən, Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb