“Şimal-Cənub” Dəhlizi Koordinasiya Şurasının növbəti iclası Bakıda keçiriləcək
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının növbəti iclasının Bakıda keçiriəcək. YeniAvropa xəbər verir ki, bu barədə martın 4-də Tehranda keçirilən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının 7-ci iclasında qərara alınıb.
İclasda İran və Azərbaycanla yanaşı, Türkiyə, Hindistan, Tacikistan, Qazaxıstan, Bolqarıstan, Rusiya, Belarus və Omanın nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iştirakçı dövlətlərlə yanaşı, bütün regionun iqtisadi inkişafına böyük təkan verəcək. Beynəlxalq əhəmiyyət daşıyan bu layihənin aktiv fəaliyyətə başlamasının nəticəsində Asiya ilə Avropa qitələri arasında nəqliyyat “körpüsü” yaranacaq.
Dəmir yollarının layihə çərçivəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir bildirib ki, artıq İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərinin birləşməsinə çox az vaxt qalıb. Hər 3 ölkə yüklərin Asiyadan Avropaya tranzit daşınmasında mühüm rol oynayacaqlar.Qeyd olunub ki, hələlik dəhliz vasitəsilə ildə 17 milyon ton yük daşınır. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra isə daşınan yüklərin həcmi 30 ildə 30 milyon tona yüksələcək.
İclasda ölkəmizi təmsil edən “Azərbaycan Dəmir Yolları” QSC-nin tarif şöbəsinin rəisi Elxan Əsədov deyib ki, Azərbaycan dəhlizin aktiv fəaliyyətə başlaması üçün lazımi işləri həyata keçirir. Azərbaycan İran ilə birgə Astarada yük terminalının tikintisini davam etdirir. Terminal 35 hektar ərazini əhatə edir və Azərbaycan bu terminalı 25 il, eləcə də 1,4 kilometrlik dəmir yolunu 15 il müddətinə icarəyə götürəcək: “Terminal 4 bölmədən ibarətdir. Burada ümumi yüklər, konteyner, taxıl, neft və neft məhsulları üçün bölmələr olacaq. Rəşt-Astara dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra Fars körfəzi ilə Skandinaviya ölkələri arasında nəqliyyat bağlılığı yaranacaq. Azərbaycan İranın Bəndər-Abbas limanından daxil olan yükləri Qara dəniz sahillərinə də çatdırmaq imkanına malikdir”.
Rusiya, Bolqarıstan, Türkiyə, Qazaxıstan, Belarus, Hindistanın nümayəndələri çıxış edərək ölkələrinin imkanlarını təqdim ediblər.
Sonra vahid tariflərin tətbiqi, gömrük rəsmiləşməsinin elektron sistemə keçirilməsi, rüsum və vergilərin optimallaşdırılması kimi məsələlər ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, hər ölkənin təmsilçisindən ibarət işçi qrupu yaradılsın və meydana çıxan problemlər barəsində təkliflər hazırlayıb Koordinasiya Şurasına təqdim etsin. İclasın yekunu olaraq Protokol imzalanıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb