Martın 2-də 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bloqqer Hüseynov Mehman Rafiq oğlu bu gün azadlığa buraxılıb.
YeniAvropa xəbər verir ki, "MeydanTV"yə müsahibəsində Mehman Hüseynov azadlığa çıxdıqdan dəhral sonra anasının qəbrini, daha sonra isə jurnalist Elmar Hüseynovun məzarlarını ziyarət edib.
Bloqqer jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və ondan inciməmələrini xahiş edib. " Son iki ayda mənim barəmdə çoxlu sayda yalan xəbərlər yayılıb. Odur ki mən indi onları analiz etməliyəm. İki gün sonra, martın 4-də ümumi mətbuat konfransında bütün sualları cavablandıracam",-deyə Mehman Hüseynov vurğulayıb.
Mətbuat konfransı bloqqerin evində təşkil olunacaq.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunur.
Sonradan ona daha bir cinayət işi açılsa da sonradan qərar ləğv edilib.