Bakıda Hindistan məhsullarının sərgisi keçiriləcək
Martın 7-17-də saat 10:00-dan 18:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti. 26a) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikincisini təşkil edəcək.
Səfirlikdən YeniAvropa-ya bildirilib ki, xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir. “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”ndə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edəcək. Sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir, Hindistan Hökuməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.
Biznes və ticarətdən əlavə tədbir, həmçinin mədəni tədbirlər, yemək və Bollivud festivalı və sair vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Sərgiyə giriş sərbəstdir.
Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur. 2017-ci ildə Hindistanın Azərbaycancana ixracının həcmi 37 milyon dolları keçib, Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var.
PHD Ticarət və Sənaye Palatası Hindistanın aparıcı sənaye palatalarından biridir və 1905-ci ildə yaradılıb. 130 minədək birbaşa və bilavasitə üzvə malik olan palata sənayenin həqiqi təmsilçisi kimi müxtəlif sahələrə aid sənaye təcrübələri vasitəsilə öz irsini irəli aparır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb