logo

Azərbaycanın növbəti ixrac missiyası Polşaya təşkil olunacaq

17:22 01-03-2019 | icon 3171
Azərbaycanın növbəti ixrac missiyası Polşaya təşkil olunacaq

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Polşanın paytaxtı Varşavaya təşkil ediləcək.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, martın 6-10-da keçiriləcək ixrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycan sahibkarları Polşadan olan iş adamları ilə görüşlər keçirəcək, məhsullarımızın ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparacaq.