logo

Qubanın Xınalıq kəndinə 10 sm qar yağıb

21:58 28-02-2019 | icon 3206
Qubanın Xınalıq kəndinə 10 sm qar yağıb

Fevralın 28-si səhər saatlarından başlayaraq Qubanın Xınalıq kəndi ərazisinə intensiv qar yağmağa başlayıb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Quba RİH-dən verilən məlumata görə, qarın hündürlüyü qısa müddətdə 10 santimetri keçib.

Hazırda qar yağmaqda davam edir.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ötən gecə dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Xınalıq və Qrız kəndlərində qeydə alınıb.